• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
20.05.2014 12:11
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində vəfat edib. Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinə daxil olub, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr edib. N.Quliyev 1992-2003-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olub. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparıb. Akademik uzun illər ərzində respublikada elmin inkişafına mühüm töhfələr verib və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikada elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak edib və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənib. Onun əvəzsiz xidmətləri dövlət və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunub. Görkəmli alimlə vida mərasimi saat 13:00-da AMEA-nın əsas binasında keçiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollar buz bağlayacaq
Cəmiyyət 19:35
Yollar buz bağlayacaq
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 18:50
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Cəmiyyət 18:09
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
Cəmiyyət 17:45
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
İtkin kimi axtarılan 3 nəfər tapılıb
Cəmiyyət 16:20
İtkin kimi axtarılan 3 nəfər tapılıb
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Cəmiyyət 15:48
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Cəmiyyət 15:44
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Ağstafada kişi yanıb
Cəmiyyət 14:57
Ağstafada kişi yanıb
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Cəmiyyət 14:32
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol