• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev: “Biz Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq”

İlham Əliyev: “Biz Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq”
20.05.2014 09:23
"Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik olar”. APA-nın verdiyi xəbərə görə, bunu mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə deyib. Ilham Əliyevin sözlərinə görə, Azərbaycanda müxtəlif xalqlar və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır: “Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər”. Dövlət başçısı çıxışında müharibə nəticəsində Azərbaycan ərazilərinin işğal altına düşdüyünü, vətəndaşların öz doğma ocaqlarını tərk etməyə məcbur olduqlarını qeyd edib:  “Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir”. İlham Əliyev xatırladıb ki,  BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilməyib: “Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyil”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcək: “Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik”. Azərbaycan prezidenti Vyetnamın da təcavüz və işğaldan keçməsini,  böyük itkilər verməsini yada salıb: “Buna baxmayaraq, siz dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol