• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır
19.05.2014 15:23
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 1, 23 və 30 aprel tarixdə 87 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 914 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.DQMK-nn mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1 aprel tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat başa çatıb. Aprelin 23-də elan edilmiş müsabiqə üzrə qeydiyyat mayın 22-də, aprelin 30-da elan edilmiş müsabiqə üzrə qeydiyyat isə mayın 29-da başa çatacaq. İndiyə kimi 4562 (bunlardan 2317 nəfəri 1 aprel tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyata alınanlardır) namizəd qeydiyyatdan keçib. 1 aprel tarixdə elan edilmiş müsabiqə üzrə ən çox namizəd qeydə alınan dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu (793 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (411 nəfər), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (285 nəfər) olub. 1 aprel tarixdə elan edilmiş müsabiqədə vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunda məsləhətçi vəzifəsi (174 namizəd) və Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin Sığorta olunanların məlumatlarının təhlili sektorunda aparıcı məsləhətçi vəzifəsi (104 namizəd) üzrə olub. Müsabiqənin test imtahanı mərhələsi mayın 20-dən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində 15 test tapşırığı, qanunvericilik sahəsində - 40 test tapşırığı, informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı ilə bilikləri yoxlanılacaq. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra dərhal namizədlərə təqdim ediləcək, eyni zamanda, nəticələr komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollar buz bağlayacaq
Cəmiyyət 19:35
Yollar buz bağlayacaq
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Cəmiyyət 18:50
Astarada mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar var - Yenilənib
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Cəmiyyət 18:09
Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
Cəmiyyət 17:45
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır
İtkin kimi axtarılan 3 nəfər tapılıb
Cəmiyyət 16:20
İtkin kimi axtarılan 3 nəfər tapılıb
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Cəmiyyət 15:48
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - Video
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Cəmiyyət 15:44
Qanunsuz saxlanılan silah-sursataşkar edilib
Ağstafada kişi yanıb
Cəmiyyət 14:57
Ağstafada kişi yanıb
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Cəmiyyət 14:32
QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol