• $ 1.7
  • € 1.9797
  • ₽ 0.02111
  • ₺ 0.0415
  • £ 2.2869

Bölmədə döyüldüyünü deyən polkovnik Baş Polis İdarəsinə çağırıldı

Bölmədə döyüldüyünü deyən polkovnik Baş Polis İdarəsinə çağırıldı
15.09.2021 19:53
Daxili İşlər Nazirliyi Hospitalının şöbə rəisi işləmiş polis polkovniki Vitaliy Məhərrəmovun bir müddət öncə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində döyülməsi iddiası ilə bağlı ötən gün "Qafqazinfo"da məlumat yayılmışdı.

Müəlumatda qeyd olunurdu ki, onun hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdən sonra materiallar araşdırılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilib. Amma burada həmin şikayətçi olduğu polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Bu gün isə V.Məhərrəmov "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, yazı saytda yayımlandıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub, dinlənilib və onu narahat edən hallarla bağlı fikirlərini deyib:

"Mənim müraciətim əsasında hüquq-mühafizə orqanlarında araşdırma gedir. Bu məlumatların mənim adımdan mətbuatda tirajlanması və yayılması mənim icazəm olmadan vəkilim tərəfindən təşkil olunub. Həkim – travmatoloq kimi uzun illər daxili işlər orqanlarında şərəflə xidmət etmişəm. Təqaüddə olsam da, indi da özümü daxili işlər orqanlarının sıralarında kənarda görmürəm. Təəssüf ki, haqqımda bu məlumatlar yayılıb".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ofisi Bakıdan Ağdama köçürülür
Cəmiyyət 12:46
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ofisi Bakıdan Ağdama köçürülür
Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb
Cəmiyyət 12:30
Pakistanda pirotexnika anbarında partlayış nəticəsində ölənlərin sayı dördə çatıb
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:22
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Rus bölmələrində “Azərbaycan tarixi” yalnız azərbaycanca tədris olunacaq
Cəmiyyət 12:21
Rus bölmələrində “Azərbaycan tarixi” yalnız azərbaycanca tədris olunacaq
Azərbaycanlıların ABŞ vizaları yoxlanılacaq
Cəmiyyət 12:14
Azərbaycanlıların ABŞ vizaları yoxlanılacaq
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinəstart verilib
Cəmiyyət 12:07
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinəstart verilib
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol