Məktəbdə tibb otaqları necə olmalıdır? - Ekspertlər danışır

2020-2021-ci tədris ili sentyabrın 22-də ibtidai siniflər, sentyabrın 29-da isə orta və yuxarı siniflər üçün başlayacaq. Dərslərin təşkili karantin şərtləri çərçivəsində ara məsafə saxlanılmaqla təşkil ediləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, həm paytaxt, həm də bölgələrdəki məktəblərdə tibb otaqları yenidən fəaliyyətini bərpa edəcək, lazımi avadanlıqlar və dərmanlarla təchiz olunacaq.
Təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"na əsasən həyata keçirilir.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən anews.az-a bildirildi ki, idarənin tabeliyində olan təhsil müəssisələri tibb məntəqəsi ilə təmin edilib.

Həkim Müşfiq Hüseynovun sözlərinə görə tibb otaqlarında peyvənd vurulmur, həmin otaqlar sadəcə kiçik ambulator otaq kimi fəaliyyət göstərə bilir.
Məktəblərdə ayrılan tibb otaqları, əsasən, ilkin tibbi yardım xidməti kimi yaradılıb. Bu otaqlarda qızdırma, ağrıkəsici, ishal əleyhinə tabletlər, şəkər və təzyiq ölçən aparat, tibbi tərəzi və küşetka olmalıdır. Həmçinin, zədələr, burxuqlar, kəsilmələr zamanı təcili tibbi yardım gəlmədən öncə ilk tibbi yardım göstərməsi kifayətdir”,- deyə həkim bildirdi.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, məktəblərdəki tibb otaqların bütün uşaqların tibbi vərəqəsi olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir.
"Orta məktəblərdə çalışan tibb işçilərinin funksiya və vəzifələri təlimat ilə tənzimlənir. Bu təlimatlara həm tibbi, həm məktəbin özünü qoyduğu təlimat, həm də hazırki dövrdə karantin şərtləri daxildir.Həmin tibb işçiləri həm özləri karantin şərtlərinə riayət etməli, həm də şagird-müəllim kollektivinə nəzarət etməlidir. Özəl məktəblərdə qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir”, - deyə Adil Qeybulla bildirib.

Təhsil eksperti Kamran Əsədov məsələyə münasibətdə cavab olaraq qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi, bütün orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Həmin tibb işçiləri şagirdlər arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Bu gün məktəblərdəki tibb otaqları qənaətbəxş vəziyyətdə deyil.
"Şagirdlərin dərs müddətində sağlamlığı haqqında diaqnozu məhz həmin müəssisədə çalışan tibb bacıları qoyur. Ona görə, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Orta məktəblərdə tibb xidmətinin göstərilməsi qaydalarında qeyd olunur ki, şagirdlər ayda bir dəfə müayinə edilməlidirlər. 6 aydan bir isə müxtəlif sahələrin - yəni psixoloq, nevroloq, uroloq, kardioloq və s. həkimlərin iştirakı ilə yaradılmış tibbi komissiyanın yoxlanışından keçməlidirlər. Amma təəssüflər olsun ki, sadaladığım bu qaydalara bir sıra orta məktəblərdə əməl edilmir”,- deyə ekspert bildirdi.
Kamran Əsədov məktəbəqədər təhsil müəssisələrində tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlərin olduğunu da düşünür. Ekspertin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin tibbi personalının xidmət səviyyəsi müasir standartlardan aşağıdır:
"Məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi oranın tibb personalı ilə hər gün monitorinq aparmalı, əgər sinifdə oxuyan şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər quruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirilməlidir. Məktəbəqədər təhsil müəssisələri xüsusi bir yerdir. Ona görə də hesab edirəm ki, bu müəssisələrə tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir. Təəsüf ki, indi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədər. Bunun üçün əvvəlcə müraciətləri elektron qaydada qəbul etmək, ondan sonra müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbuluunu həyata keçirmək olar”,- deyə Kamran Əsədov əlavə edib.
www.anews.az

"Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalar ilə sıx əlaqəli işləyir”,- deyə idarənin mətbuat xidmətindən bildirildi.

Həkimlər ən çox payız aylarında xəstəliyə yoluxma hallarının çox olduğunu bildirir. Buna görə də məktəblərdə təhsildən əlavə şagirdlərin sağlamlığını nəzərə alaraq karantin qaydalarına ciddi riaət olunmasını tövsüyyə edir. Maraqlıdır, məktəblərdə nəzərdə tutlan tibb otaqları necə təşkil olunmalıdır?
Həkim Müşfiq Hüseynovun sözlərinə görə tibb otaqlarında peyvənd vurulmur, həmin otaqlar sadəcə kiçik ambulator otaq kimi fəaliyyət göstərə bilir.
Məktəblərdə ayrılan tibb otaqları, əsasən, ilkin tibbi yardım xidməti kimi yaradılıb. Bu otaqlarda qızdırma, ağrıkəsici, ishal əleyhinə tabletlər, şəkər və təzyiq ölçən aparat, tibbi tərəzi və küşetka olmalıdır. Həmçinin, zədələr, burxuqlar, kəsilmələr zamanı təcili tibbi yardım gəlmədən öncə ilk tibbi yardım göstərməsi kifayətdir”,- deyə həkim bildirdi.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, məktəblərdəki tibb otaqların bütün uşaqların tibbi vərəqəsi olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir.
"Orta məktəblərdə çalışan tibb işçilərinin funksiya və vəzifələri təlimat ilə tənzimlənir. Bu təlimatlara həm tibbi, həm məktəbin özünü qoyduğu təlimat, həm də hazırki dövrdə karantin şərtləri daxildir.Həmin tibb işçiləri həm özləri karantin şərtlərinə riayət etməli, həm də şagird-müəllim kollektivinə nəzarət etməlidir. Özəl məktəblərdə qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir”, - deyə Adil Qeybulla bildirib.
Adil Qeybulla məktəblərdə yaradılan tibb otağında bütün antiseptik maddələrin olmasının vacib olduğunu deyib:
"İlk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarımız hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir. Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda, boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Biz də çalışmalıyıq ki, belə şərait yaradaq”, - deyə həkim əlavə edib.

Təhsil eksperti Kamran Əsədov məsələyə münasibətdə cavab olaraq qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi, bütün orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Həmin tibb işçiləri şagirdlər arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Bu gün məktəblərdəki tibb otaqları qənaətbəxş vəziyyətdə deyil.
"Şagirdlərin dərs müddətində sağlamlığı haqqında diaqnozu məhz həmin müəssisədə çalışan tibb bacıları qoyur. Ona görə, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Orta məktəblərdə tibb xidmətinin göstərilməsi qaydalarında qeyd olunur ki, şagirdlər ayda bir dəfə müayinə edilməlidirlər. 6 aydan bir isə müxtəlif sahələrin - yəni psixoloq, nevroloq, uroloq, kardioloq və s. həkimlərin iştirakı ilə yaradılmış tibbi komissiyanın yoxlanışından keçməlidirlər. Amma təəssüflər olsun ki, sadaladığım bu qaydalara bir sıra orta məktəblərdə əməl edilmir”,- deyə ekspert bildirdi.
Kamran Əsədov məktəbəqədər təhsil müəssisələrində tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlərin olduğunu da düşünür. Ekspertin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin tibbi personalının xidmət səviyyəsi müasir standartlardan aşağıdır:
"Məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi oranın tibb personalı ilə hər gün monitorinq aparmalı, əgər sinifdə oxuyan şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər quruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirilməlidir. Məktəbəqədər təhsil müəssisələri xüsusi bir yerdir. Ona görə də hesab edirəm ki, bu müəssisələrə tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir. Təəsüf ki, indi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədər. Bunun üçün əvvəlcə müraciətləri elektron qaydada qəbul etmək, ondan sonra müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbuluunu həyata keçirmək olar”,- deyə Kamran Əsədov əlavə edib.
Səhiyyə Nazirliyindən ölkədəki məktəblərdə fəaliyyət göstərən tibb otaqları və tibb işçilərinin sayını öyrənməyə çalışsaq da, cavab ala bilmədik.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər