• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Yelo Bank tender elan edir

Yelo Bank tender elan edir
21.09.2021 11:40
"Yelo Bank” ASC-nin Yeni baş ofisinin Bağ sahəsində və İnzibat binada olan ağaclara, bitkilərə və güllərə qulluğun göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara cavab verməlidirlər:

Peşəkar, təcrübəli, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalı;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalı;

Sözügedən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;


Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşdiriləcəkdir:

Təklif ediləcək xidmətin qiyməti

İştirakçı şirkətin bu sahədə təcrübəsi

Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar


Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 


Qiymət təklifi (3-cü bənddə nəzərdə tutulan tələblər əsasında təqdim olunmalıdır). 

İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) sürətləri

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)



Tender təklifinin təqdim edilməsinin son tarixi


Tender təklifləri 27 Sentyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 

Zərflərin hər küncü möhürlənməlidir. 

Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

Əgər ehtiyac yaranarsa, bank ilə əlaqə saxlanılıb bağ sahəsinə və inzibati binanın daxilində olan bitkilərə baxış keçirilə bilər. 


Tələb olunan xidmətlər 

Bağ sahəsində və inzibati binada olan bitkilərə, ağaclara və güllərə hər gün qulluq göstərmək 

Göstəriləcək xidmət üçün tələb olunan işçi sayı şirkət tərəfindən tövsiyyə olunmalıdır.  

Qeyd olunan xidmətin göstərilməsi üçün tələb olunan avadanlıqlar təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır. 

Təchizatçı şirkət tərəfindən göstərilən xidmət dövründə, şirkətin öhdəliyinə verilən hər bir ağaca və bitkiyə görə şirkət məsuliyyət daşıyır və hər hansı bir problem yarandığı zaman həmin bitki və ağacı yenisi ilə əvəz etməlidir.   



Ödəniş və digər şərtlər


Tender iştirakçıları fərqli meyarlardan irəli gələrək bir neçə təklif verə bilərlər.

Tender qalibinin tender zamanı təqdim etdiyi qiymət il ərzində qüvvədə olacaq. 

Müqavilənin müddəti 1 il olacaq 

Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.







Satınalan təşkilatın ünvanı 


Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Əsgərzadə
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol