ABB mobile-da “Fayda” var!

ABB özünün yeni loyallıq proqramını təqdim edib. ABB mobile tətbiqinin müştərilərə özəl bölməsində yerləşdirilmiş "Fayda” proqramından tətbiqin hər bir istifadəçisi yararlana bilər. Ödənişlərini ABB mobile tətbiqi ilə edən müştərilər "Fayda”lar toplayırlar. Toplanmış "Fayda”larla bəzi bank məhsulları, endirim kuponları və müxtəlif hədiyyələr qazanmaq olar.
Hər bir müştəri ABB mobile tətbiqində ilk dəfə qeydiyyatdan keçərkən ilkin olaraq 2000 xoşgəldin "Fayda”sı qazanacaq. Topladığı "Fayda”ları balansında dərhal görə biləcək. Ondan sonra ABB mobile ilə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni "Fayda”lar qazandıracaq. Gələcəkdə mobil tətbiq istifadəçiləri daha çox üsullarla "Fayda”lar qazana və onları xərcləyə biləcəklər.
ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 