Rusiyadan gətirilən 67 ton kartof məhv edildi

"ZE-DENT” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna baxış keçirilib.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm ("Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.
Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.



www.anews.az