• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

“Azəriqaz”: “Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”

“Azəriqaz”: “Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”
22.10.2021 15:15
"Bu ilin iyulun 1-də əhali qrupu üçün təbii qaz tariflərinə bir dəfə baxılmışdı. Bu tarixdən biz gözləyirdik ki, hansısa ayda və ya rübdə qazın sərfiyyatının azalması prosesi getsin".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən "Açıq qapı” aksiyasında bildirib.

"Düzdür, ilin üçüncü rübündə hər abonent üzrə 9 kubmetr qazın sərfiyyatının azalması qeydə alınıb. Misal üçün, bu ilin oktyabr ayındakı qaz sərfiyyatı ötən ilin oktyabr ayındakı orta səfiyyatdan fərqlidir. Bu da bu ilin oktyabr ayında havaların temperaturunun aşağı olması ilə bağlıdır. Artıq bu ilin oktyabr ayında ötən ilin oktyabr ayından fərqli olaraq təxminən hər abonent üzrə 16 kubmetr təbii qazın işlənilməsi gözlənilir”, - R. Əliyev qeyd edib.

Onun sözlərinə görə, bunun üçün də təkcə qiymət artımı ilə bu nəzəriyyəni tutmaq olmur:
 
"Çünki burada havanın temperaturu qazın sərfiyyatına birbaşa təsir edir. Pilləli tariflərə keçiddən sonra əhali abonentlər arasında qazın səmərəli istifadə edilməsi ilə bağlı addım atılıb. Hər bir abonent çalışır ki, daha aşağı tarifli qazdan istifadə etsin. Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
İqtisadiyyat 15:50
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
İqtisadiyyat 16:05
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:37
Azərbaycan nefti bahalaşıb
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
İqtisadiyyat 23:30
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
"Azəralüminium"un ixrac gəlirləri artıb
İqtisadiyyat 15:40
"Azəralüminium"un ixrac gəlirləri artıb
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
İqtisadiyyat 15:23
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol