• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Müdafiə naziri Laçına gedib hərbçilərə bu tapşırıqları verdi-VİDEO

Müdafiə naziri Laçına gedib hərbçilərə bu tapşırıqları verdi-VİDEO
23.10.2021 10:50
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.
Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.
Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.

Təliminin planına uyğun olaraq bölmələr "Həyacan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.
Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburq məhkəməsi Bakir Səfərovun həbs müddətini uzadıb
Siyasət 14:50
Yekaterinburq məhkəməsi Bakir Səfərovun həbs müddətini uzadıb
İran prezidenti Qarabağa gəlir
Siyasət 11:20
İran prezidenti Qarabağa gəlir
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Siyasət 10:38
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol