• $
  • £

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb
24.10.2021 16:30
Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.

İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. "Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.

Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.

Aprelin 14-də Atom Enerjisinə Nəzarət Komitəsi Yaponiyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini qadağan edib, burada ciddi təhlükəsizlik pozuntuları aşkar edilib.
Qeyd edək ki, 2011-ci ildə Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiya hakimiyyəti nüvə obyektləri üçün tələbləri sərtləşdirib. Terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi zərurəti ilə yanaşı, AES-i idarə edən şirkətlər istismar müddəti 40 ildən çox olan reaktorların işini dayandırıblar. Onların fəaliyyətinin bərpası yalnız hərtərəfli yoxlamadan sonra mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol