• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

"Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik"- Azərbaycan naziri

"Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik"- Azərbaycan naziri
13.05.2014 23:29
"Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olub". 
Trendə-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib. Nazir qeyd edib ki, Azərbaycanın dəstəyi ölkənin 2012-2013-cü illərdə BMT TŞ-yə üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olub: "Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbiyə ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT TŞ-də İslam ümmətinin haqq işinə sadiq qalıb və BMT TŞ-dəki müzakirələrin predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirib. Bundan əlavə, 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT TŞ-nin və İƏT-in "BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi" mövzusunda xüsusi iclası keçirilib". E.Məmmədyarov əlavə edib ki, bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT üzv dövlətinin sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqqında razılıq əldə olunub: "Bu baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə nail olunması, suveren və müstəqil Fələstin Dövlətinin yaradılması üçün göstərdiyi səyləri dəstəklədiyimizi bir daha təkrar edirik. 
Biz BMT BA-nın Fələstinə BMT-yə üzv olmayan müşahidəçi dövlət statusu vermək qərarını və Fələstin Dövlətinin UNESCO-ya qəbulu kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin şahidi olmaqdan məmnunuq". XİN rəhbəri bildirib ki, həmçinin Azərbaycan regional və beynəlxalq təhlükəsizliyi təhdid edən və bir çox günahsız insanların həyatını itirməsinə səbəb olan Suriyadakı zorakılığın artmasından olduqca narahatdır: "Biz Suriyadakı böhranın sülh yolu ilə həllinin tapılması üçün BMT və Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləyirik. Çox təəssüf ki, biz hələ də dinlərin diffamasiyası, dini nifrətə təhrik və islamofobiya kimi çağırışların davam etməsi ilə üzləşirik. Bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və stereotiplərin qarşısının alınmasında faydalı ola bilər". 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Siyasət 00:07
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Siyasət 21:30
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 18:00
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Siyasət 17:49
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol