• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi

Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
26.10.2021 15:22
Yelo Bank 2021-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bankın əsas maliyyə göstəriciləri ötən rübdə olduğu kimi bu rüb də artım nümayiş etdirib. Belə ki, ilin əvvəlindən Bankın xalis mənffəti 11.4 milyon manata çatıb. Eyni zamanda Bankın aktivləri də 105 milyon manat artaraq 495.7 milyon manat təşkil edib. 
 
Ümumi kredit portfeli il ərzində təxminən 100 milyon manat artaraq 408.1 milyon manata çatıb. Bank öz missiyasına sadiq qalaraq biznes kreditləşməsini genişləndirməyə davam edib. Belə ki, bu dövr ərzində 180 milyon manata yaxın biznes krediti verilib. Hazırda kredit portfelinin 56%-i real sektorun payına düşür. Qeyd etmək lazımdır ki, kredit portfeli iri korporativ müştərilər deyil, əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb.
 
Bununla yanaşı, hesabat dövründə 13 mindən çox müştəriyə 96 milyon manat istehlak krediti verilib. Nəticədə istehlak kredit portfelinin həcmi də 32% artaraq 111.2 milyon manata yüksəlib. 
 
İlin əvvəlindən 6 mindən çox müştəri 180 milyon manatdan çox vəsaitini Yelo Banka etibar edib. Beləliklə, bankın depozit portfeli 32% artaraq 309.5 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayı sürətlə artır. Bu isə Bankın mövcud müştərilərini qoruyub saxlamaqla bərabər, yeniləri üçün həm xidmət keyfiyyəti, həm də şərtlər baxımından cəlbedici olduğunu göstərir.
 
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 32.9 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 64.3 mln manatdır, bu göstərici requlyativ tələbdən 14.3 mln manat çoxdur.
 
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov ötən rübün nəticələrini belə şərh edib: "Hər növbəti ay, hər növbəti rüb yeni strategiyamızın düzgünlüyünə daha da əmin oluruq. Lakin bu nəticələr yalnız strategiya deyil, onu düzgün icra edən 900 nəfərdən ibarət böyük bir komandanın uğurudur. Artan müştəri məmnuniyyəti bu ailənin hər bir üzvünə hər ötən gün daha yaxşı xidmət göstərmək üçün yeni stimul verir.  Xidmət keyfiyyətini daha da artırmaq və daha çox müştəriyə çata bilməyimiz üçün  filial şəbəkəmizi genişləndirməklə bərabər rəqəmsal məhsullarımızı da inkişaf etdiririk. Tezliklə Yelo Bank hər kəsə daha yaxın olacaq.".
 
Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən Yelo Bank yeni 28 may, Xalqlar dostuğu, Sədərək, Mərdəkan, 20 Yanvar filiallarını istifadəyə verməklə bərabər, ötən həftə Baş ofis binasının da açılışını etdi.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
 
Yelo Bank - Parlaq bankçılıq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol