DİN-dən qardaşı arvadını ölümlə hədələyən şəxslə bağlı daha bir - Açıqlama

İsmayıllıda qaynı arvadını döyən və ölümlə hədələyən şəxs polis şöbəsinə dəvət olunub və izahatı alınıb.
Bu barədə Anews.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.
"Qadının "102" Xidməti Zəng Mərkəzinə etmiş olduğu müraciəti ilə əlaqədar İ.Məmmədov Polis Şöbəsinə dəvət olunub və izahatı alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir və ekspertizanın da rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
www.anews.az