• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

“Şuşa, sən azadsan!”, “Biz” buradayıq... - Fotolar

“Şuşa, sən azadsan!”, “Biz” buradayıq... - Fotolar
05.11.2021 21:05
Bu gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!”, həmçinin, Bakı Media Mərkəzi və "Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş "Biz” sənədli filmlərinin təqdimatı keçirilib.

"Qafqazinfo” xəbər verir ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O, hər iki filmin ərsəyə gəlməsindən, onların əhəmiyyətindən danışıb.

Nazir filmlərin hazırlanmasına görə Bakı Media Mərkəzi və onun Prezidenti Arzu Əliyevaya, həmçinin, əməyi keçən bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirib.

Daha sonra hər iki filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
"Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov çıxışında bildirib ki, onlar Şuşaya girən ilk çəkiliş qrupu olublar:
"Böyük qürur, şərəf hissi idi”.

O, "Şuşa əməliyyatı”nda XTQ-nin rolunu vurğulayıb. Bildirib ki, filmdə real səhnələr də yer alıb.
Sonda hər iki film tamaşaçılara təqdim olunub.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə "Şuşa, sən azadsan” filmində təqdim olunub.

Filmdə "Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.

"Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
"Biz” filmi müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol