• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Zəfərin ildönümündə Ərdoğandan Qarabağ - Açıqlaması

Zəfərin ildönümündə Ərdoğandan Qarabağ - Açıqlaması
08.11.2021 23:15
"Bu gün Azərbaycanın Qarabağı və işğal altındakı ərazilərini 44 günlük şanlı bir savaş nəticəsində azad etməsinin birinci ildönümüdür.

Beynəlxalq ictimaiyyətin gözü qarşısında təxminən otuz illik işğala son qoyan qardaşım, Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımı bir daha təbrik edirəm”.

Anews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra mətbuata açıqlamasında deyib.
"Qarabağ və Azərbaycanın digər ərazilərinin haqsız, hüquqsuz və əxlaqsız işğalı qarşısında 30 il boyunca susanlar bölgədə tökülən qanların və faciələrin məsuliyyətini daşıyırlar”, - dövlət başçısı vurğulayıb.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Türkiyə dövlətinin başçısı Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq prosesini davam etdiyini xatırladıb, bölgədə yaranmış yeni vəziyyətin bütün tərəflər üçün faydalı olduğunu söyləyib.

Keçmiş məlum münaqişənin Ermənistanın əsas işğalçılığı və hücumları nəticəsində başlandığını, təcavüzkar tərəfin məqsədli şəkildə silahlandırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, qazanılmış Zəfərdən sonra yaranmış yeni vəziyyət Qafqazın strateji əhəmiyyətini daha da artıracaq. Türkiyə Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, bütün platformalarda Azərbaycanın yanında olmaqda davan edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol