• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”

Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”
10.11.2021 10:31
Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımıza həsr edir
 

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni "010” prefiksli (şəbəkə kodlu) nömrələr, "Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir. 
Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi "010” prefiks-li nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən Azercell satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Yeni nömrələrin təqdimatını Azercell şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh etdi: ""Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan "010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün Azercell servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.
 
Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.
 
Azercell komandası "Qaliblərin seçimi” - "010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir. 

Qələbə bayramımız mübarək!
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol