• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib

Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film təqdim edilib
10.11.2021 13:38
Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özüməlumat verib:

"Zəng filmi I Qarabağ Müharibəsində şəhid olmuş ataya qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir. Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ Müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 90-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir.

Bu filmdə çalışdım ki, qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar. Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir
filmdir. Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim. Filmin ərsəyə gəlməsində köməklik göstərən Bakcell şirkətinə, aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm.

Baxmayarq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. Zəng filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz Mübarək olsun!”

Filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarbağ Müharibəsi Qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.

Filmi izləmək üçün aşağıdakı linkə daxil olun
https://www.youtube.com/watch?v=BkeTYDOZxhg








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İqtisadiyyat 16:38
“Yelo Bank”dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Reklam 10:49
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Unibank rəhbərliyində yeni təyinat olub
Reklam 12:26
Unibank rəhbərliyində yeni təyinat olub
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Reklam 11:13
Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Reklam 16:43
Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
AccessBank rəhbərliyində yeni təyinat
Reklam 16:30
AccessBank rəhbərliyində yeni təyinat
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Reklam 16:28
Bank Respublika ”Faydalı Yığım” adlı yeni əmanət məhsulunu təqdim etdi!
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq  görülüb
Reklam 13:05
Bank Respublikanın 2020-ci ildə həyata keçirdiyi sosial layihə mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol