“Qarabağın işğaldan sonra investisiya potensialı” adlı videokonfrans keçirilib
Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı "Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda onlayn rejimdə regional videokonfrans keçirilib.
Konfransın məqsədi Ukrayna iş adamlarının Azərbaycanın işğaldan azad olunan ərazilərində investisiya potensialını dəyərləndirmək və onları Qarabağ bölgəsi ilə tanış etməkdir.
Politoloq Tofiq Abbasov isə çıxışında Qarabağın regionda yaranmış yeni siyasi vəziyyət və əhalinin həyat təhlükəsizliyinin səviyyəsindən danışıb. Sonra aqrar sahədə mövcud potensial mövzusunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov izah ediblər.
Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədri, Ali Radanın deputatı Vladimir Kreydenko Azərbaycan xalqını Böyük Qələbə Günü münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, bu tədbir ukraynalı iş adamlarının Qarabağa investisiya yatırımı üçün öz töhfəsini verəcək.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iclasda iştirak edənlərin diqqətinə çatdırıb ki, Ukrayna-Azərbaycan əlaqələrinin iqtisadi sahədə dərinləşdirilməsi məqsədilə növbəti addım olaraq ukraynalı iş adamlarının dekabr ayında Azərbaycana birbaşa səfər olacaq və hazırda Ukrayna nümayəndə heyətinin tərkibi formalaşdırılır.
Bundan sonra Əfqan Salmanov videokonfransın bütün iştirakçılarını hər iki tərəfdən Azərbaycan xalqının qarşıdan gələn 44 günlük Vətən müharibəsində Zəfər Günü münasibətilə təbrik edib. "Azərbaycanın Ali Baş Komandanı və Prezidenti İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkənin ərazi bütövlüyü bərpa edilib. Bu, XXI əsrin ən böyük Qələbəsidir!”, - deyə Əfqan Salmanov əlavə edib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox