• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

"Çəkdiyim videoya görə polis məndən 500 manat istəyib telefonumu aldı" - YENİLƏNDİ

11.11.2021 14:59
Elyar Mehdiyevin telefonu artıq özünə qaytarılıb.O, anews.az-a açıqlamasında qeyd edib ki, indi ona Yevlax Rayon Polis şöbəsindən zəng gəlib və telefonunun götürülməsi bildirilib. 
-------------------
Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.
 
Həmin videonu çəkən şəxs Elyar Mehdiyev anews.az-a açıqlama verərək bildirib ki, 3 gündür onu telefonu alınaraq Yevlax rayon polis şöbəsində saxlanılır.
 
"Mən heç bir qanun pozuntusu etməməmişəm. Yevlax rayon polis şöbəsinin müavini Əfqan Qurbanov mənə bildirdi ki, həkimdən üzr istəməliyəm. Həmin videonu çəkdiyim üçün qanunu pozduğumu və buna görə ya 2 ay həbs çəkməli, ya da 500 manat pul ödəməyimi istədilər. 500 manatdan 200 manata daha sonra isə 100 manata razılaşdılar. Telefonum 3 gündür polis şöbəsindədir, qaytarmırlar. Mən heç bir qanun pozmamışam nə üçün pul və ya cəza çəkməliyəm? Əlavə onu da deyim ki, videosunu çəkdiyim xəstəxana artıq təmir olunub", deyə Elyar Mehdiyev qeyd etdi. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, telefona hər hansı müdaxilə olunmayıb, telefon saxlanc yerindədir. Həmin şəxsə bu barədə məlumat verilib və istənilən zaman Yevlax RPŞ-yə yaxınlaşaraq telefonu gotürə bilər.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO
Siyasət 10:15
Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Siyasət 14:07
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb -VİDEO
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
Siyasət 14:48
Rusiya polisi öz vətəndaşlarına fiziki zorakılıq edir - VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Siyasət 23:46
Prezidentdən Ermənistana sülh çağırışı - Video
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
Siyasət 19:39
Heydər Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı yenidən gündəm oldu - Video
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
Siyasət 11:30
“Dəniz təməl komando kursu”nun buraxılış mərasimi olub - VİDEO
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Siyasət 16:47
“Tərtər işi” üzrə həbs edilmiş şəxslərin ailələri etiraz edib-VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol