Meydandan qovulan futbolçu üzr istəyib
Çili millisinin futbolçusu Arturo Vidal Ekvador yığmasına 0:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda qırmızı vərəqə aldığı üçün peşman olub.
www.anews.az
Anews.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi etdiyi hərəkətə hələ də inana bilmədiyini söyləyib.
Təcrübəli oyunçu komanda yoldaşlarından, məşqçilər heyətindən, ailəsindən və bütün ölkədən üzr istəyib.
İtaliya "İnter"ində çıxış edən futbolçu Ekvadorla matçın 13-cü dəqiqəsində rəqibi Feliks Torresə karate hərəkəti ilə zərbə endirdiyi üçün meydandan qovulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox