Gələn il icbari tibi sığortaya ayrılan pulun həcmi artacaq -Nazir

Növbəti il icbari tibbi sığortaya 1 milyard 125 milyon 700 min manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Anews.az-ın məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə layihəsinin müzakirəsini müzakirə edərkən bildirib.
Səhiyyə xərcləri ildən-ilə artır. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb ki, bu da yüksək göstəricidir. Bu istiqamətdə işlər davam etdiriləcək. Biz imkanlarımızı obyektiv şəkildə qiymətləndirməliyik və artan xərclərimizin maliyyə təminatı haqqında da suallara cavab tapmalıyıq” - deyə, nazir bildirib.
Gülnar Nazimqızı
www.anews.az