Saakaşvilinin işinə xarici hakimlərin baxması təklif edilir
Gürcüstanda müxalifət partiyalarının liderləri keçmiş prezidenti Mixail Saakaşvilinin işi ilə xarici hakimlərin məşğul olmasını istəyirlər.
"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentində müxalifəti təmsil edən deputatları bildiriblər.
Deputatın sözlərinə görə, Gürcüstanın məhkəmə sisteminin istənilən qərarı etimadsızlıq səbəbindən spekulyasiya predmetinə çevriləcək.
Noyabrın əvvəlində "Xalq Naminə” partiyasının lideri Anna Dolidze Saakaşvilinin işi üzrə hökmü xarici hakimlər çıxarmalı olduğunu deyib. Onun sözlərinə görə, xarici hakimlərdən ibarət mütəxəssislər qrupu yaradılmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər