• $
  • £

Bu gün vətən müharibəsi qazilərinə avtomobillər verilib

Bu gün vətən müharibəsi qazilərinə avtomobillər verilib
25.11.2021 13:24
2021-ci ildə Vətən müharibəsi qazisinə 150 avtomobil  verilib və bu iş 2022-ci ildə də davam etdiriləcək.  Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
 
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək", - deyə o bildirib.
 
Abdullayev həmçinin bildirib ki, 2021-ci ilin sonuna kimi  3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.
 
"Artıq indiyə kimi  2 minə yaxın qaziyə  mənzil təqdim edilib. Bundan əlavə bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib", - deyə o bildirib.
 
Samirə Əliyeva



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:00
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol