• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

"Ermənistan 10 ildən artıq mövcud olmayacaq" - Zakaryan

25.11.2021 18:30
"Qarabağ tamamilə Azərbaycanın olsa, o zaman Ermənistan 10 ildən artıq mövcud olmayacaq".
 
Bu  sözləri Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan jurnalistlərlə açıqlamasında deyib. 
 
Onun sözlərinə görə, Paşinyan son mətbuat konfransı zamanı Ermənistan üçün təhlükə yaradan bir sıra bəyanatlar verib və əgər həmin bəyanatlar xarici və təhlükəsizlik siyasətinin əsasını təşkil edirsə, deməli, ölkə ciddi təhlükə altındadır. 
 
"Bu, geosiyasi prosesdir. Ermənistan kapitulyator timsalında başqa ölkələrin maraqlarına xidmət etmək üçün istifadə olunur. Əgər Paşinyan deyirsə ki, bu vəziyyətdə biz ancaq komissiya yarada bilərik, o zaman subyekt kimi rəsmi İrəvan artıq yoxdur. Paşinyan Azərbaycan Prezidenti  İlham Əliyevlə görüşün gündəliyinin nədən ibarət olacağını demir, amma zəmin yaratmağa çalışır. Əgər sərhədimizin harada olduğunu son millimetrə kimi biliriksə, o zaman hansı danışıqlardan söhbət  gedir?”, - deyə o, vurğulayıb.
 
Zakaryan  həmçinin də,  bildirib ki, siyasi nöqteyi-nəzərdən Paşinyan mətbuat konfransında "cinayətkar təəssüratı" çıxışı bəxş edib. Çünki hakimiyyət onların içində olduqları bütün faciənin nəticələrindən xəbərdardır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Viktor Orban Türkiyəyə səfər edəcək
Dünya 16:44
Viktor Orban Türkiyəyə səfər edəcək
İranın xarici işlər naziri Rusiya və Belarusa səfər edəcək
Dünya 14:09
İranın xarici işlər naziri Rusiya və Belarusa səfər edəcək
Günəşdə güclü partlayış baş verib
Dünya 11:40
Günəşdə güclü partlayış baş verib
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Dünya 09:16
Hindistanda gecə klubunda yanğın olub, 25 nəfər ölüb
Makron Zelenski ilə telefon danışığı aparıb
Dünya 08:48
Makron Zelenski ilə telefon danışığı aparıb
Tramp Ronaldoya zəng edib
Dünya 23:11
Tramp Ronaldoya zəng edib
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Dünya 22:28
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Dünya 21:36
Starmer, Makron və Merz Zelenski ilə görüşəcəklər
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
Dünya 21:04
Almaniya Kansleri İordaniya və İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol