• $ 1.7
  • € 1.9937
  • ₽ 0.02035
  • ₺ 0.0409
  • £ 2.2844

“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - AÇIQLAMA

“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - AÇIQLAMA
02.12.2021 11:01
Bu gün səhər saatlarında Bakıda "AA” seriyalı avtomobilin iştirakı ilə baş verən yol qəzası haqda rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən  bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli "Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 47 yaşlı Məzahir Əliyev vurulub.

Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi "BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətələri həyata keçirilib. Araşdırma davam etdirilir.

Piyadanın qarşısına düşdüyü "BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 21:30
Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Sabah İtaliya-Azərbaycan Universitetinin açılışı olacaq
Cəmiyyət 20:26
Sabah İtaliya-Azərbaycan Universitetinin açılışı olacaq
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:50
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:09
Bu ərazidə qaz olmayacaq
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:48
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Hazırda Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur
Cəmiyyət 17:09
Hazırda Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur
Oktyabrın hava proqnozu açıqlanıb
Cəmiyyət 16:44
Oktyabrın hava proqnozu açıqlanıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Cəmiyyət 16:32
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Allahşükür Paşazadə ABŞ-a gedir
Cəmiyyət 16:11
Allahşükür Paşazadə ABŞ-a gedir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol