• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi

Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
16.12.2021 22:18
"Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir. İki ölkənin münasibətləri dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir”.

Anews.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qətərin Azərbaycandakı səfirliyinin ölkəsinin Milli Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda deyib.

Nazir beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanla Qətərin uğurlu əməkdaşlıq etdiyini, mühüm məsələlərin həllində daim bir-birlərini dəstəklədiklərini deyib.

Vurğulayıb ki, ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər mövcud əlaqələrin hüquqi bazasını formalaşdırıb. Ötən dövrdə ümumilikdə 40-a yaxın sənəd imzalanıb.
S.Babayev iki ölkə arasında 2016-cı ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edib.

O, Prezident İlham Əliyev tərəfindən bu il təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə  Qətər biznes dairələrinin də iştirak etməkdə maraqlı olacağına əminliyini ifadə edib.

Nazir vurğulayıb ki, aazırda azad edilmiş ərazilərdə sürətli şəkildə və geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Qətər iş adamları, biznes dairələri və sərmayəçiləri də həmin ərazilərə sərmayə yatırılmasına dəvət olunur.

S.Babayev birgə səylər əsasında Azərbaycanla Qətər arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib. O, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Qətər xalqına firavanlıq arzulayıb.
 
 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol