Xalq Polad Həşimovu yad edir... - Fotolar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Qəhrəman generalın 47-ci doğum günündə II Fəxri Xiyabandakı məzarı səhər saatlarından etibarən ziyarət olunur.
Xatırladaq ki, general-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.













www.anews.az
Şəhidin anası Səmayə Həşimova, şəhid anaları, hərbçilər, ictimaiyyət nümayəndələri Polad Həşimovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
"Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal Fəxri Fiyabanda xalqın ziyarətini kamerasının yaddaşına köçürüb:













www.anews.az
Son xəbərlər
Daha çox 