• $
  • £

İlham Əliyevyeni fərman imzaladı

İlham Əliyevyeni fərman imzaladı
07.05.2014 17:53
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb.
ANN.Az-ın məlumatına görə, Prezident yanında Bilik Fondunun yaradılmasının məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi və mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır.
 
Fərmana əsasən, Prezident yanında Bilik Fondunun Nizamnaməsi təsdiq edilib, habelə işçilərin say həddi 20 ştat vahidi müəyyənləşdirilib. 
 
Nazirlər Kabinetinə prezidentin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq  və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Nazirlər Kabineti həmçinin Prezident yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir, Fondun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir.
 
Ədliyyə Nazirliyi isə Prezident yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını 1 ay müddətində təmin etməlidir. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol