• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Azərbaycanda qadınlar imkansızlıqdan bu yolla pul qazanır - ARAŞDIRMA

Azərbaycanda qadınlar imkansızlıqdan bu yolla pul qazanır - ARAŞDIRMA
07.01.2022 10:09
"İmkanım yoxdur, işləmirəm. Folekul donor üçün hara müraciət etməliyəm və mənə nə qədər pul ödənəcək?”-  sosial şəbəkələrdə qadınların bu cür paylaşımlarına tez-tez rast gəlinir. Hətta bu tip elan reklamları ilə bağlı çoxlu səhifələrdə də rast gələ bilərik. Hansı ki, qadınları 500-800 manat müqabilində folekul donor olmağa dəvət edir.
 

Kiçik bir araşdırma üçün həmin səhifələrdən birinə müraciət etdik və təxmini belə bir cavab aldıq.

"Yaşınız və boyunuz uyğun gəlirsə donor olmaq üçün müraciət edə bilərsiniz. Bunun üçün aybaşı prosesinin ikinci günündə ginekoloji müayinəyə gəlməlisiniz. Təxmini 8-10 gün müddətində göbəkətrafı iynələr vurulur. Folekullar yetişdikdən sonra həmin folekullar sizdən alınır. Prosedur sayına uyğun olaraq sizə 500-600 manat pul ödənir. Ziyansızdır. Proses bütün süni mayalanma mərkəzlərində aparılır. Ginekoloq müayinəsi də təxmini ona görə seçilir. 

Seçilən donorlar könüllük əsasında aparılır və gələcəkdə süni mayalanma zamanı prosesdə iştirak etmək istəyən ailələr üçün ödənişli xidmət əsasında tətbiq edilir". 








Maraqlıdır qadınlar folekul donorluq üçün müraciət edərkən bunun fəsadlarından məlumatlı olurlarmı?

Mama ginekoloq Naibə Məmmədovanın sözlərinə görə folekul donor olan qadınlar üçün gələcəkdə fəsadlar yarana bilər.

"Bütün dünyada süni mayalanma təcrübəsi var. Əvvəllər bu proses Azərbaycanda yox idi deyə hər kəs xaricə üz tuturdu. İndi isə bu əməliyyatı Azərbaycanda icra etmək olur. Donorluq könüllülük əsasında aparılır və həmin donor kimin üçün istifadə ediləcəksə bu barədə donor olan şəxsin məlumatı olmur. Həmin donorları 10 ildən artıq saxlamaq olur. Qarşı tərəf üçün istifadə zamanı isə ondan təxmini 5 il saxlanma müddətinin pulu alınır, çünki həmin vaxta qədər donorların saxlanması üçün xərclər çəkilir. Prosesdə qanunsuzluq yoxdur. Qanunvericilikdə də bu könüllülük əsasında aparılmalıdır. Mənə də donorluqla bağlı müraciətlər olunur. Hər adamdan həmin folekul alınmır. Bunun şərtləri var, 27 yaşdan yuxarı olanlara məsələhət görülmür. Ən azı iki ovladı olması lazımdır. Psixoloji durumu yerində olmağı da əsas şərtlərdəndir. Yanaşə hər hansı infeksion xəstəliyi olmamalıdır. Fəsadları isə mentruasiyadan tez kəsilir, yumurtalıq ehtiyatları azalır”, deyə ginekoloq bildirib. 

İlahiyyatçı Elşad Miri bu prosesi İslam dininə zidd əməl hesab edir.

"Hətta İslamda uşağa süd verən başqa qadın belə süd anası hesab edilir. Yəni süd verdiyi uşaqla öz uşaqlarından hər hansı biri gələcəkdə evlənə bilməz. Bu haramdır. Dində folekul donorlarının satılması qadağandır. Halal hesab edilmir. O qədər atılan uşaqlar var ki... Kimsə uşaq istəyirsə həmin uşaqlardan övladlığa götərə bilər. Folekul donordan törənən uşaqların gələcəyi də məlum deyi ki, kimsə harda qarşılaşacaq və qohum olacaq. Bu İslam dininə zidd məsələdir”, deyə Elşad Miri əlavə edib. 

İlahiyyatçı Hacı Təyyarın sözlərinə görə də, bu İslam dinində kökündən zidd və haram hesab olunur. 

"İslam dinində süni mayalanmaya və tibbin müasir imkanlarına dair hər hansı bir etiraz yoxdur. Müəyyən xəstəliklər ola bilər və kəbinləri olmuş "Qurani Kərim”in Nur surəsinin 32 ayəsində yazıldığı kimi ər və arvad olmuş şəxslərin aralarında bu proses icra oluna bilər. İslam dini buna icazə verir. Lakin qadına başqa yad kişinin donor olması kəsinliklə haramdır. O cür yollarla dünyaya gələn uşaqlar da Allahın icazəsi ilə dünyaya gələn uşaqlar sayılmır. Necə ki, kəbində olmayın öz nəfsinə və əyləncəsinə görə mütəlif yollarla dünyaya gələn uşaqlar var, süni mayalanma zamanı da buna oxşar prosesin bir növüdür”, deyə ilahiyyatçı bildirib. 

Milli Məclisin dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə məsələyə münasibət olaraq qeyd edib ki, nə qədər Avropaya inteqrasiya etsək də, İslam ölkəsi sayılırıq. 

"Bu məsələ biz də hər zaman aktiv olub. Hələ 6-7 il öncə qanun qəbul olunarkən çatızmazlıqlar vardı. Mayalanma məsələlərində düzgün redaktə olunmamış, həllini tapmamamış məsələlər olduğuna görə qanun təsdiqlənmədi. Sonrakı dönmlərdə isə komitə iclaslarında müzakirələrdən sonra qanunda bəzi dəyişikliklər oldu. Süni mayalanma deyəndə xaımın yalnız öz həyat yoldaşına aid olan donorun olması mütləqdir. Qanunda da bu cür qeyd olunub. Daxildə həkimlər insanlar üçün hansı tələbləri qoyursa onlarla Allah bilsin. Günah elə onların boynunadır. Başqasının donorundan istifadə etmək həm də haramdır. Həm də bu məsələdə ailənin öz əqidəsi düzgün olmalıdır. Əgər düzgün deyilsə buna qanun nə edə bilər ki?! Ümumiyyətlə isə bu məsələni aiddiyatı strukturlar nəzarətdə saxlamalı və cavabdeh olmalıdır. Xalqın bir hissəsi də buna etiraz edib tələb etməlidir”, - deyə millət vəkili deyib. 


Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunda bu proses yalnız ər və arvadın arasında olan donorla icra olunmasına icazə verir. 


"Bizim qanunda mayalanma prosesində digər donorların istifadəsi nəzərdə tutulmayıb. Yəni hal-hazırkı qanunvericiliyə uyğun proses deyil. Qanunda bütün müddəalar adət-ənənələrə, mental dəyərlərə nəzərə alınmaqla qəbul olunub. Bütün təkliflər dinlənilib. Hazırda dediyinizfolekul donor məsələsinin müzakirə olunması nəzərdə tutulmur, amma gələcəkdə ola bilər. Qanun da artıq bu ildən qüvvədədir. Hər halda qanunvericliyə uyğun deyilsə qanundan yayınmaq sayılır. Buna görə də müvafiq qurumların inzibati cərimələri və ya cinayət varsa məsuliyyətə cəlb etməsi kimi tətbiqi qaydaları var”, deyə Müşfiq Məmmədli bildirib. 


Hüquqşünas Səməd Vəkilov bu cür donor reklamlarının olmasını qanun pozuntusu olmadığını deyir. 

 "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində donorun hüquqları təsbit olunub. Bu maddənin 7.1.2-ci bəndinə əsasən pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq donorun hüquqlarına aid edilb. Odur ki, bu cür elanlara görə kimisə cəzalandırmaq mükün deyil. Yalnız donorların elanı verməkdə başqa məqsədləri olarsa bu halda onların əməlində cinayət tərkibi olub-olmaması araşdırıla bilər. Folekul donorluq da bu qanuna aid olduğu üçün onun reklamında heç bir problem yoxdur və donorluq bu qanunla tənzimlənir. Hətta qanunda bu məsələ təşviq edilməsi nəzərdə tutulub”, deyə hüquqşünas əlavə edib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət olaraq anews.az-a açıqlama verərək bildirildi ki, əgər sosial şəbəkələrdə qanuna zidd olan reklamlar varsa bununla müvafiq qurumlar məşğul olur və nazirlik sırf reklam yerləşdirməsinə dair məsələdə səlahiyyətli olan qurum deyil. 

Milli Məclisin " İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanununun 32 maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır və qanunun 34-cü maddəsində isə qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
 
Ginekoloqun könüllü, vəkilin qanuni, ilahiyyatçının isə haram hesab etdiyi folekul donuru ilə bağlı sosial şəbəkələrdə də fikirlər toqquşur. Kiminə görə əxlaqsız olan bu təklif, kiminə görə son çarədir. Xeyriyyə məqsədi ilə bu donorun satışını təşkil edən səhifələrin sayı isə ötən illərlə müqayisədə artmaqdadır.
 
Azərbaycan Dövlət Statistika Komitəsinin saytında bu məsələ ilə bağlı statistikaya rast gəlmədik
 
Gülnar Nazimqızı 
 
İstiqamət:6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol