• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi – VİDEO

24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi – VİDEO
10.01.2022 20:56
Şəmkir rayonunda Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova 11 gündür ki, itkin düşüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

APA xəbər verir ki, 24 yaşlı Güldəsti Qurbanova sonuncu dəfə Dekabrın 31-i bu qapıdan çıxıb və geri qayıtmayıb. Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb. Qayınanasının sözlərinə görə, onların ailəsində heç bir problem olmayıb.

Təxminən 1 ildən artıqdır Mahir Musayevlə ailə həyatı quran Gülbəsti Qurbanovanın evdən getməsini ilk olaraq onun qaynanası Ceyran Musayeva bilib: "Ərini zorla göndərdi ki, get şəhid əmisi oğlunun qəbri üstünə. Sonra gülü sellofana qoyaraq mənə də dedi ki, bir az tez gedin, qəbirüstünə gec getmək olmaz. Bu zaman yoldaşım gəldi, çörək yedi və sonra getmək qərar verdik. Bir müddət sonra çağırdım mənə cavab vermədi. Yaxınlarının evindən - atası evi, bibisi, xalası evindən heç kim yerini bilmədi”.

Ceyran Musayevanın sözlərinə görə, gəlini Gülbəsti Qurbanova artıq ikinci dəfədir evdən gedir. Üstəlik oğlu ilə heç bir ciddi problemləri olmayıb: "Heç vaxt ciddi söhbətləri, narazılıqları olmayıb. İl yarımdır gəlib, bir dəfə də olsun ona şiddət göstərilməyib. Mən özüm də ona heç vaxt irad tutmamışam. Çünki yeməyimizi bişirib, hər şeyi edib. Yaxşı dolanırdıq, bilmirəm niyə belə edib”.

Mahir Musayev deyir ki, bu gün həyat yoldaşı Gülbəsti Qurbanova ona zəng edərək sağ olduğunu bildirib. Amma harada olduğunu deməyib. Məsələ ilə əlaqədar Gülbəsti Qurbanovanın ailəsinin də fikrini öyrənmək istəsək də, qarşı tərəfdən kimsə danışmaq istəmədi. Şifahi olaraq bildirdilər ki, hadisədən xəbərləri var və aidiyyəti orqanlara məlumat veriblər.

Artıq Daxili İşlər Nazirliyi qadının tapılması üçün axtarışlara başlayıb.
Qeyd edək ki, gənc ailənin evlilikdən övladları yoxdur.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Cəmiyyət 10:36
Vətən müharibəsi iştirakçıları əlillik ala bilməmələrindən şikayətçidir - VİDEO
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Cəmiyyət 09:53
Xocalının Əsgəran qəsəbəsindən son görüntülər- VİDEO
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Cəmiyyət 17:51
Elm və Təhsil Nazirliyinin qarşısında katibə etiraz edib- VİDEO
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Cəmiyyət 17:14
Qazaxda Kürün sahili möhkəmləndirilməlidir - Deputat/VIDEO
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Cəmiyyət 16:04
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol