• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Bakıya sulu qar, rayonlara qar yağacaq

Bakıya sulu qar, rayonlara qar yağacaq
16.01.2022 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Yanvarın 17-də Azərbaycanın cənub və şərq rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Cəmiyyət 20:05
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Cəmiyyət 20:00
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Laçın-Şuşa yolunda yük maşını aşıb
Cəmiyyət 18:30
Laçın-Şuşa yolunda yük maşını aşıb
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol