Prokurorluq: "Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" - FOTOLAR

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.
Anews az xəbər verir ki, T. Yaqublu özünün sosial şəbəkələrdəki hesabında Səbail Rayon Prokurorluğunun onun şikayəti ilə bağlı verdiyi rədd qərarından bəzi hissələri paylaşıb:




T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb
www.anews.az
Son xəbərlər
Daha çox 