Kitabı "danışdıranlar" danışdı- VİDEO
![Kitabı Kitabı](https://anews.az/photo/850x500/2022-01/1643033853_photo_2022-01-24_18-16-49.jpg)
Azərbaycanda peşəkar səviyyədə ilk dəfə həyata keçirilən «Audiokitab» lahiyəsi, yeni texnologiyalar vasitəsilə insanların klassik
və müasir Azərbaycan və dünya yazıçılarının əsərləri haqqında məlumatlandırılması, mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.
İstənilən məkanda və vəziyyətdə dinlənilməsi mümkün olduğuna görə özünə geniş auditoriya
toplamağı bacarmış startap "Audiokitab” layhəsində artıq 1.200 adda kitabı 2 manat ödəməklə peşəkar aktyorların
ifasında dinləyə bilərsiniz.
Layihədə klassik və müasir ədəbiyyat nümunələri ilə yanaşı dərs vəsaitləri, elmi kitablar,
mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və həyatımızın digər sahələrini əhatə edən
ədəbiyyat nümunələri öz əksini tapmışdır.
Layihə, yeni mövsümdən Azərbaycan ədəbiyyatını rus dilində səsləndirəcək.
Audiokitab öz auditoriyasını genişləndirmək məqsədilə kitablarını artıq inglis dilində də tamaşaçılara təqdim edəcək.
Gələn həftədən Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi ingilis dilində səsləndiriləcək.
Gələn həftədən Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi ingilis dilində səsləndiriləcək.
Ətraflı məlumat üçün videoreportajı anews.az saytı təqdim edir:
Hazırladı: Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)