• $ 1.7
  • € 1.9832
  • ₽ 0.021692
  • ₺ 0.0394
  • £ 2.2905

Əli Əhmədov Gülər Əhmədovadan danışdı

Əli Əhmədov Gülər Əhmədovadan danışdı
06.05.2014 12:37
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azad olunmasına münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, YAP rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, istənilən insanı bağışlamaq olar:

“Hüquqi baxımdan hadisəyə qiymət verilib. Necə deyərlər hüquq öz işini görüb. Qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub. Hesab edirəm ki belə qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. İnsanpərvərlik hislərindən çıxış edərək belə qərar qəbul olunub. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, törədilən əmələ hüquqi baxımdan qiymət verilir, amma digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq cəzaçəkmə müəssisəsində olanlarla bağlı ya əfv, ya da bağışlanma aksiyaları olur. Gülər Əhmədovanın azadlığına bu kontekstdən baxmaq lazımdır.

Bəraət tələbinə gəlincə isə Ə. Əhmədov vurğulayıb ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: “Vəkillərə də bu şamil oluna bilər məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir”.Gülər Əhmədovanın yenidən hansısa vəzifəyə gətirilməsi və ya YAP-a qayıtması ehtimalı ilə bağlı sualı isə Əhmədov belə cavablandırıb: “Gəlin hadisələri qabaqlamayaq. Indi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan ibarətdir. YAP üzvlüyündən kiminsə çıxarılması və ya yenidən üzvlüyün bərpa olunması hüquqi məsələdən daha çox mənəvi, əxlaq məsələsidir. Hesab edirəm ki, biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Hüquqi baxımdan qiymət verilib, YAP isə öz nizamnamə tələblərinə uyğun şəkildə lazım gələcəyi anda istənilən şəxs haqqında qərarlarını qəbul edir. Bir daha qeyd edim ki, hesab etmirəm bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasına üzvü olmaqdan ibarətdir. Bu məsələ nə onu düşündürür, nə də bizi”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
Siyasət 18:30
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Siyasət 17:52
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Prezident sərəncam imzalayıb
Siyasət 17:02
Prezident sərəncam imzalayıb
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15:27
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Siyasət 13:52
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Paşinyan: TRIPP layihəsi Ermənistan-Türkiyə dialoqu üçün məntiqi irəliləyişdir
Siyasət 13:48
Paşinyan: TRIPP layihəsi Ermənistan-Türkiyə dialoqu üçün məntiqi irəliləyişdir
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər
Siyasət 23:15
Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol