• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Kərəm Mustafayev: "Naxçıvan Qoşunlarının döyüş potensialı daha da artırılıb"

Kərəm Mustafayev:
29.01.2022 21:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Qarnizonu Qoşunlarının döyüş potensialı, imkan və qabiliyyəti daha da artırılıb, birləşmə və hissələrin müasir silah və texnikalarla təmin olunmasına xüsusi diqqət yetirilib.


Anews.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirədə Qarnizon rəisi, general-polkovnik Kərəm Mustafayev deyib.


Kərəm Mustafayev 2021-ci tədris ilində həyata keçirilmiş tədbirləri təhlil edərək bildirib ki ümummilli liderimiz Heydər Əliyevin "Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir” prinsipi ilə müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yola saldığımız 2021-ci il ölkəmizin tarixində ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə, o cümlədən Ordu quruculuğu işində yeniliklərlə yadda qaldı, "Zəfər Günü”nün birinci ildönümünü təntənə ilə qeyd etdik və qalib xalq olaraq bir daha qürur hissi keçirdik. Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışını etməsi, burada yaradılan şəraiti və eləcə də Vətən Müharibəsi zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının göstərdikləri şücaəti yüksək qiymətləndirməsi 2021-ci ilin yadda qalan hadisələrindəndir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Qarnizonu Qoşunlarının döyüş potensialı, imkan və qabiliyyəti daha da artırılıb, birləşmə və hissələrin müasir silah və texnikalarla təmin olunmasına xüsusi diqqət yetirilib. Yola saldığımız 2021-ci il ərzində hərbi infrastrukturun yenilənməsi istiqamətində tədbirlərin uğurla davam etdirilməsi və yüksək dağlıq şəraitdə yerləşən hərbi hissələr də daxil olmaqla yeni hərbi obyektlərin istifadəyə verilməsi müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Ötən il həyata keçirilən tədbirlər sırasında Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının (həkim-uçuş komissiyasının) fəaliyyətə başlaması və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində "Hərbi həkim” ixtisasının yaradılması mühüm yer tutur.


Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev ötən ilin iyun ayında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təliminin keçirildiyini diqqətə çatdırıb. Təlimi izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşüb, "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının praktiki uçuşlarının idarəedilməsini izləyib, Döyüşü İdarəetmə Mərkəzi və Coğrafi Analiz Sisteminin imkanları ilə tanış olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Cəmiyyət 23:29
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 22:37
Sabah bu ərazilərdə qaz kəsiləcək
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Cəmiyyət 21:13
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Cəmiyyət 17:25
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Cəmiyyət 17:00
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol