• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Tokayev Nazarbayevlə bağlı danışdı

Tokayev Nazarbayevlə bağlı danışdı
29.01.2022 22:00
"İğtişaşlar dövründə birinci dövlət başçısı Nursultan Nazarbayevlə heç bir sövdələşmə olmayıb, yalnız Təhlükəsizlik Şurası sədrinin statusu məsələsi həll edilib”.

Anews.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Xəbər-24” telekanalına müsahibəsində bildirib.

"Heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, - Tokayev qeyd edib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, bu məsələ bir göz qırpımında həll olundu:

"Yanvarın 28-də "Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Abişeviç Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək”.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol