Conson Putinlə danışıb, Ukraynaya gedəcək
Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Fevralın 1-də Conson Ukraynaya səfər edəcək və bu müddət ərzində Prezident Vladimir Zelenski ilə görüşəcək. Böyük Britaniya hökumətinin başçısı ilə birlikdə xarici işlər naziri Liz Truss da Kiyevə gedəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər