Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi beynəlxalq sammitdə iştirak edib, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
22 fevral 2022-ci il tarixində startap ekosisteminin mövcud vəziyyəti, qlobal trendlər və ölkələrdə innovasiya mühitinin inkişafına dair məlumatların və biliklərin mübadiləsi məqsədilə dünya ölkələrinin ən qabaqcıl ekspertləri və liderlərinin rüblük toplantısı olan "StartupBlink Ekosistem" Sammiti keçirilib.
Onlayn formada təşkil olunan sammitdə Agentliyinin nümayəndəsi Azərbaycanda innovasiya ekosisteminin qurulması və startaplara dəstək məqsədilə həyata keçirilən yerli və beynəlxalq layihələrə dair məlumat verib. Həmçinin Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin yaradılması, dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında işləmə mexanizmi və əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb.
Sammitdə Azərbaycanla eyni sessiyada Amerika Birləşmiş Ştatları, Serbiya Respublikası, Almaniya Federativ Respublikası, İsveçrə, Şimali Makedoniya və Flippindən olan nümayəndələr iştirak ediblər.
"StartupBlink" yüzdən çox ölkə üzrə startap ekosistemlərinin qiymətləndirilməsini həyata keçirən və bütün ölkələr üzrə sahəvi dövlət orqanlarını, innovasiya mərkəzlərini və tədqiqatçıları birləşdirən ən böyük platformadır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər