• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Azərbaycanda nurçuluğa qarşı layihələr maliyyələşdiriləcək

Azərbaycanda nurçuluğa qarşı layihələr maliyyələşdiriləcək
02.05.2014 16:50

Azərbaycanda dövlət qurumları QHT-lərin nurçuluğun yayılmasının qarşısının alınmasına yönəlik layihələrini maliyyələşdirəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, son 2 il ərzində Dövlət Komitəsi zərərli dini cərəyanlar, o cümlədən qeyri-qanuni yollarla nurçuluq, həmçinin təkfirçi düşüncəni yayan radikal vəhhabilik haqqında əhalinin maarifləndirilməsi, onların yayılmasının qarşısının alınması istiqamətində QHT-lərlə mütəmadi olaraq birgə fəaliyyət həyata keçirir.

 

Bu sırada Dövlət Komitəsinin daha çox vətənpərvərlik yönümündə fəaliyyət göstərən QHT-lərlə birgə layihələrini qeyd etmək olar. Dövlət Komitəsinin dini icmaların sosial layihələrinə dəstək proqramı da müvafiq QHT-lərlə partnyorluq formasında həyata keçirilir: “Əvvəllər belə praktika olmasa da, hazırda Dövlət Komitəsinin sədri Elşad İskəndərov gənclər, qadın, və digər QHT təşkilatlarının maarifləndirmə işinə cəlb edilməsi istiqamətində bir sıra layihələrin Dövlət Komitəsi ilə birgə keçirilməsinə dəstək verib. Hələ 1996-cı ildə Respublika Gənclərin I Forumunda o zaman Gənclər Təşkilatları Milli Şurasının rəhbərlərindən biri olan Elşad İskəndərov Azərbaycanda qeyri-ənənəvi və zərərli dini cərəyanların fəaliyyətinin qarşısının alınmasının zəruriliyi, bu sahədə gənclər təşkilatlarının aktiv fəaliyyəti ilə bağlı konkret təkliflərlə çıxış edib, bu təkliflər Heydər Əliyev tərəfindən müsbət qiymətləndirilib. İstər QHT-lərlə birgə, istərsə də digər qurumlarla ölkəmizdəki dini zərərli cərəyanlara qarşı fəaliyyətin həyata keçirilməsi Dövlət Komitəsinin gündəlik işidir. Odur ki, Dövlət Komitəsi istənilən zərərli dini cərəyanlarla bağlı QHT-lərin təşəbbüslərinə baxaraq dəstəkləməyə hazırdır”, - deyə komitədən bildirilib.

 

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev APA-ya açıqlamasında deyib ki, nurçuluq, vəhhabilik, ümumiyyətlə, milli maraqlarımızı təhdid edən, ümumi dini konstruksiyamızı pozan, insanları başqa yola yönləndirən və başqa qrupların əlində siyasi alətə çevirən bütün qeyri-ənənəvi, radikal dini cərəyanların hamısı təhlükəlidir. Onun sözlərinə görə, Şuranın mart ayında elan etdiyi qrant müsabiqəsində ayrıca bir mövzu buna həsr edilib və Şura bu istiqamətdə layihələri maliyyələşdirəcək: “Cinayət Məcəlləsinə əlavə edilib və artıq bu cür təriqətlərə qoşulan, terror hadisələrində iştirak edən, Azərbaycandan kənarda qanunsuz silahlı birləşmələrdə iştirak edənlərə qarşı cinayət təqibi var. Eyni zamanda biz başa düşürük ki, bu cür dini cərəyanlarla, qruplarla, şəbəkələrlə təkcə qanunvericilik səviyyəsində, hüquq dilində danışmaq effekt vermir. Bununla yanaşı, profilaktiki işlər aparılmalıdır ki, gənclərimizin bu cür qeyri-qanuni və qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməsinə imkan verilməsin. Bu mövzuda qrant müsabiqəsində iştirak etmək istəyən QHT-lər layihələrini təqdim ediblər. 200-ə qədər layihə daxil olub, yaxın zamanlarda qaliblər elan olunacaq. Bu istiqamətdə əsaslandırılmış təkliflər verən, layihələrlə çıxış edən QHT-ləri dəstəkləyəcəyik. Bu, artıq Şuranın mövqeyidir”.

 

Gənclər və İdman Nazirliyi də gənclər təşkilatlarının bu istiqamətdə layihələrinə dəstək verməyə hazır olduğunu açıqlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, əgər hansısa gənclər təşkilatları tərəfindən zərərli sektalarla mübarizə, dövlət əleyhinə yönəlimiş hansısa neqativ faktlarla mübarizə məqsədilə bağlı layihələr təqdim olunarsa, nazirlik bu layihələri dəstəkləməyə hazırdır.

 

Azərbaycan prezidenti yanında Gənclər Fondundan isə APA-ya bildirilib ki, Fondun qrant müsabiqələri çərçivəsində elan olunan mövzu və istiqamətlərə Fondun Müşahidə Şurası tərəfindən qərar verilir: “Növbəti qrant müsabiqəsi yay aylarında həyata keçiriləcək və maliyyə dəstəyi ayrılacaq layihələrin mövzuları Müşahidə Şurası tərəfindən açıqlanacaq”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxı Dövlət Regional Kollecinə yeni direktor müavini təyin edilib
Cəmiyyət 10:58
Şamaxı Dövlət Regional Kollecinə yeni direktor müavini təyin edilib
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Cəmiyyət 10:53
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Cəmiyyət 10:33
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Cəmiyyət 10:11
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət 09:52
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Cəmiyyət 09:30
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Cəmiyyət 09:19
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Cəmiyyət 08:42
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol