Rusiya ordusu Xarkov vilayətinə daxil olub
Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.
"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər