Ukrayna: "Şastye şəhərinə hücum dəf edilib"
Şastye şəhərinə hücum dəf edilib, düşmən itki verib, bu barədə Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat verib.
"Hücuma cəhd nəticəsində düşmənin texnikası və 50-yə hərbçisi məhv edilib. Şastye bizimdir!”, - məlumatda qeyd olunub.
Daha öncə Rusiya dəstəkli separatçı qüvvələr Şastye şəhərini ələ keçirdiklərini açıqlamışdılar.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər