Ukraynada ümumi səfərbərlik elan oluna bilər
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ümumi səfərbərlik haqqında qanun layihəsini təqdim edib.
www.anews.az
Parlamentin saytında Ukrayna Prezidentinin "Ümumi səfərbərlik haqqında” fərmanının təsdiq edilməsi haqqında qanun layihəsi yer alıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər