Ukrayna və Rusiya danışıqların yer və vaxtı ilə bağlı məsləhətləşmələr aparır - RƏSMİ
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidentinin atəşkəslə bağlı danışıqlar aparmaq təklifinə razılıqla cavab verib. Reuters agentliyi xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov şənbə günü bildirib.
www.anews.az
"Mən danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib etməliyəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və indi də hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya Federasiyası prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər danışıqlar prosesinin yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparır", - o deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin Moskva ilə danışıqlardan imtina etdiyini bildirərək məsələnin şənbə gününə qədər təxirə salınmasını demişdi.
Kreml cümə günü bildirib ki, Zelenski ölkənin neytral statusu məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etdikdən sonra Moskva Kiyevlə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Kiyevin əlaqəni kəsdiyini və fasilə verdiyini bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Kiyevə qarşı hərbi əməliyyata başlamaq əmri verir. Artıq iki gündür rus qoşunları döyüşləri davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər