Bu gecə Ukraynada nə baş verib? - QISA İCMAL
Ukrayna-Rusiya müharibəsinin ikinci gecəsi baş verənləri qısaca ümumiləşdirmək olar.
www.anews.az
- Ukraynadan gələn məlumatlara görə, tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib, rus ordusu irəliləməyib, Kiyevə və digər böyük şəhərlərə hücum hələ qeydə alınmayıb.
- Kiyevdən cənub-qərbdə, aviabazanın yerləşdiyi Vasilkov şəhərində şiddətli döyüş baş verib.
- Kiyevin kənarında atışmalar qeydə alınıb.
- Ölkənin cənubunda - Yeni Kaxovkada, Xersonda və Odessa vilayətində döyüşlər və atışmalar olub.
- ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovun şəxsi aktivlərinə sanksiyalar qoyub.
- ABŞ prezidenti Ukraynaya təcili 600 milyon dollar yardım göstərilməsi haqqında sənəd imzalayıb, əlavə olaraq Bayden administrasiyası Konqresdən Ukraynaya 6,4 milyard dollarlıq humanitar və hərbi yardım paketini təsdiq etməyi xahiş edib.
- Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya hücumunu pisləyən qətnaməsinə veto qoyub.
Hazırladı: Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər