Rusiya hərbçiləri Melitopolu tam nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın Melitopol şəhəri üzərində nəzarəti bərqərar edib, bu barədə Rusiya KİV-i Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova istinadən məlumat yayıb.
www.anews.az
O, həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə edərək dəqiq idarə olunan silahlarla zərbə endirib.
Ukrayna prezidentinin müşaviri şənbə günü səhər saatlarında bildirib ki, döyüşlər Ukraynanın cənub şəhərləri regionunda - Mariupol, Xerson, Nikolayev və Odessada gedir.
"Mariupol yaxınlığında ağır döyüşlər gedir. Amma Mariupolun təslim olması və ya tutulması şansı yoxdur", - Mixail Podolyak brifinqdə bildirib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri həmçinin söyləyib ki, Rusiya ilə danışıqlarda hərbi əməliyyatların dayandırılması üçün şərtləri Kiyev diktə edəcək. "Bunlar Ukraynanın diktə edəcəyi şərtlər olacaq. Donetsk və Luqansk vilayətləri də daxil olmaqla, bundan sonra nələrin baş verəcəyini də Kiyev müəyyən edəcək”, o bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü Telegram kanalında yayımladığı videomüraciətdə Kiyevdə olduğunu söyləyib.
"Biz silahlarımızı yerə qoymayacağıq, dövlətimizi müdafiə edəcəyik”, - deyə Zelenski vurğulayıb.
Jurnalistlər şənbə günü səhər Kiyevdə atəş səslərinin eşidildiyini qeyd edirlər.
Hazırladı: Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər