• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Zelenskinin yeni müraciəti - VİDEO

Zelenskinin yeni müraciəti - VİDEO
26.02.2022 15:23

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa yeni müraciət edib.


"Mən yaxşı xəbərlən başlayacam. Biz düşmən hücumlarına tab gətirdik və uğurla dəf etdik. Kiyev və paytaxtımızın ətrafındakı əsas şəhərlər dəqiqliklə ordumuz tərəfindən idarə olunur.

İşğalçılar dövlətimizin mərkəzini mühasirəyə alıb öz marionetlərini bura yerləşdirmək istəyirdilər, Donetskdə olduğu kimi, biz onların planını pozduq. Düşmən Kiyev uğrunda döyüşdə hər şeydən istifadə etdi. İşğalçılar yaşayış məntəqələri, enerhji obyektlərinə  zərbə vurdular. Onların taktikası çox çirkin idi.

Artilleriya və raketlərlə dağıdılan evlər bizimlə birlikdə  işğalı dayandırmaq üçün dünyanın son arqumenti idi. 

Mən bunu indi mümkün qədər açıq deyirəm. Ukrayna xalqı Aİ-yə üzv olmağa layiqdir və hüququna malikdir. Bizə əsil dəstək bu ola bilər”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər bir şəhərində rus qoşunları sərt cavab alır. O, hər kəsi ölkəyə qayıdaraq  onu qorumağa kömək etməyə çağırıb.
 
Zelenski çıxışının bir hissəsini rus dilində söyləyib. "Minlərlə qurban, yüzlərlə əsir Ukraynaya niyə göndərildiklərini başa düşə bilmir. Onları Ukraynaya ölmək və başqalarını öldürmək üçün göndəriblər. Sİz hökumətinizə nə qədər tez müharibəni dayandır sözünü desəz  xalqınız da bir o qədər də az itki vermiş olarsız. Biz görürük ki, sizin vətəndaşlarınız tərəfindən həqiqətən də müharibəyə etirazlar var və biz bilirik ki, Rusiyada indi çoxları hakimiyyətin alçaqlığından və qəddarlığından sadəcə şoka düşüb və bu, çox düzgün reaksiyadır.",  - Ukrayna prezidenti deyib.

O həmçinin etirzını bildirmiş Dmitri Parfyonov, Dmitri Muratov, Yuri Dudyu, Lea Axedjakova, Valeri Meladze və öz etirazını bildirmiş minlərlə Rusiya vətəndaşlarına təşəkkürünü bildirib. 

"Sadəcə sizə,  hər kəsə, bütün dünyaya yalan danışanları dayandırın”, - deyə Ukrayna prezidenti vurğulayıb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Siyasət 22:08
Prezident sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
Siyasət 21:48
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib
Siyasət 18:10
Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Siyasət 16:15
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Siyasət 15:22
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Siyasət 14:55
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Siyasət 12:06
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Siyasət 11:47
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Parlament 2026-ci ilin büdcəsini qəbul edib
Siyasət 11:20
Parlament 2026-ci ilin büdcəsini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol