Rusiya bankları SWIFT-siz qaldı, Mərkəzi Bankın işi iflic edildi - RƏSMİ

Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.
"Birincisi, biz müəyyən Rusiya banklarının SWIFT bildiriş sistemindən kənarda qalmasını təmin etmək öhdəliyimizə sadiqik. Bu, həmin bankların beynəlxalq maliyyə sistemindən ayrılmasını təmin edəcək və onların qlobal bazarda fəaliyyətini durduracaq", - "Ağ Ev" bəyanatında bildirir.
Bəyanat müəllifləri hansı bankların bağlanacağını açıqlamır.
"İkincisi, Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından bizim sanksiyaların effektivliyini pozmaq üçün istifadə etməsinə mane olacaq məhdudlaşdırıcı tədbirlər tətbiq edilib", - bəyanatda vurğulanır.
Bundan əlavə, bəyanatı imzalayan Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ liderləri sanksiyaların icrasına nəzarət edəcək işçi qrupu yaratmaq, həmçinin Putin rejimi ilə əlaqəli olan imkanlıı ruslara "qızıl vizaların” satışını dayandırmaq qərarına gəlib.
"Rusiya işğalına qarşı qəhrəmancasına müqavimət göstərən Ukrayna hökuməti və xalqının yanındayıq. Rusiyanın başlatdığı müharibə İkinci Dünya Müharibəsinin sonundan bəri qüvvədə olan və bizim sadiq olduğumuz fundamental beynəlxalq qaydalara və normalara hücumdur" Biz Rusiyanı buna görə cavab verməyə məcbur edəcəyik və birgə səylərimizlə bu müharibənin Putin üçün strateji uğursuzluqla bitməsinə çalışacağıq”, – deyə bəyanatın əvvəlində vurğulanır.
www.anews.az
Son xəbərlər
Daha çox 