• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Akademik “Elm haqqında” qanun layihəsini tənqid etdi

Akademik “Elm haqqında” qanun layihəsini tənqid etdi
02.05.2014 13:37
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barədə Milli Məclis (MM) qarşısında vəsatət qaldırılmasının səbəblərini açıqlayıb.APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, MM-in Elm və Təhsil Komitəsi tərəfindən “Elm siyasəti haqqında” qanun layihəsinin hazırlanması istiqamətində çox böyük işlər görülüb. Qanunda çoxlu yeniliklərin olduğunu deyən A. Əlizadə layihənin ilkin variantı ilə tanış olduğunu söyləyib. Onun sözlərinə görə, qanun layihəsində həm də çoxlu mübahisəli fikirlər var: “Bəlkə də layihənin müzakirəsi və qəbulu onun üçün uzanır. Ancaq hesab edirəm ki, biz yenə də layihənin qəbulunu bir qədər sürətləndirməliyik. Çünki Azərbaycan elmi və Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların hamısı hələlik hüquqi əsası olmayan sahədə çalışırlar. Onun üçün də hüquqi əsası olmayan məsələlər bəzi vaxt görürsən ki, yekun, yaxud koordinasiya etibarı ilə çətinliklər yaradır. Ona görə də biz bu yaxınlarda “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barəsində Milli Məclis qarşısında vəsatət qaldıracağıq. Güman edirəm ki, onlar da bizə yardım edəcəklər”. AMEA prezidenti qeyd edib ki, layihədə müxtəlif mübahisəli məqamlar var. Orada hüquqi, maliyyə, təşkilati baxımından problemlərin olduğunu deyən A.Əlizadə vurğulayıb ki, bunların hamısı bir-bir öyrənilərək işlənilməlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Cəmiyyət 10:53
Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Cəmiyyət 10:33
Azərbaycanda mövsümi respirator infeksiyalar yayılır, pnevmoniya riski var
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Cəmiyyət 10:11
Azərbaycanda yanvarın 6-da 74 cinayət açılıb
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət 09:52
Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Cəmiyyət 09:30
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Cəmiyyət 09:19
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Alyona Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Cəmiyyət 08:42
BMT Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib
Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edilib
Cəmiyyət 23:51
Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol