• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Zelenski Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun yaradıldığını elan edib

Zelenski Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun yaradıldığını elan edib
27.02.2022 11:30
Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun yaradıldığını elan edib və digər dövlətlərin vətəndaşlarını Rusiyanın işğalını dəf etmək üçün onun sıralarına qoşulmağa çağırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb. 
 
"Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs  ukraynalılarla çiyin-çiyinə  21-ci əsein işğalçılarına qarşı döyüşə bilər. Bununla əlaqədar olaraq, bütün əcnəbiləri Ukrayna rəhbərliyi ölkəyə gəlməyi və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir. Əcnəbilərdən ibarət  ayrıca birlik - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılır. Bu, ölkəmizə dəstəyinizin əsas sübutu olar", -  fərmanda bildirilir. 

Rusiya prezidenti Vladimir Putin qonşu ölkəyə qarşı xüsusi əməliyyat elan etdikdən sonra Rusiya Ukraynanı işğal etməyə başlayıb. Putin  bunu  Ukraynanın "demilitarizasiyası və denazifikasiyası” və Moskva tərəfindən tanınan özünü elan etmiş respublikaların əhalisinin müdafiəsi məqsədilə etdiyini bildirib.
   
Bir neçə aydır ki, Ukrayna Rusiya ilə Qərb arasında ən ciddi i siyasi qarşıdurmanın mərkəzinə çevrilib. Moskva NATO qapılarının Kiyevə bağlanmasını tələb edib və Ukrayna hakimiyyətini rusdillilərin "soyqırımı”nda ittiham edib. 
 
Buna cavab olaraq Qərb Kremlin təzyiqləri  qarşısında geri çəkilməyəcəyini , Kiyev isə qondarma  respublikalarla qarşıdurmanı güc yolu ilə həll etməyi planlaşdırmadığını bildirib. 
 
N.Tərizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol